8 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

COP28-in Prezidenti: “İnvestisiyalar karbonsuzlaşmağa yatırılmalıdır”

“COP29 ekologiyanın qorunması istiqamətində harmoniya yaratmalı, bir körpü rolu oynamalıdır. Düşünürəm ki, burada müzakirə olunan səylər öz bəhrəsini verəcək”.

Bunu PRE-COP29 konfransı çərçivəsində COP28, COP29 və COP30 sədrliklərinin birgə təşkilatçılığı ilə keçirilən Troyka ölkələrinin “1,5 dərəcə Selsi missiyası üçün Yol xəritəsi” mövzusunda yan tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in Prezidenti Sultan Əl Cəbir deyib.

O qeyd edib ki, dünyanın ən böyük iqlim üzrə tədbiri hər bir ölkənin üzərinə düşən işləri açıq şəkildə müzakirə etməyə şərait yaradır: “Beynəlxalq əməkdaşlıq hər bir səviyyədə mühümdür. Bu əməkdaşlıq çərçivəsində qabaqcıl təcrübələri paylaşmalı, texnologiyaları tətbiq etməliyik. İnvestisiyalar karbonsuzlaşmağa yatırılmalıdır. Biz real iqlim dözümlülüyü yaradırıq və karbon qazının azaldılması istiqamətində addımlar atırıq. Bu istiqamətdə daha geniş beynəlxalq əməkdaşlıqlar iqlim tərəqqisində mühüm faktordur. Nəticələrin isə müsbət olması gözlənilir”.

AZƏRTAC

VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi?