11 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi keçirilib

“4Sİ Akademiyası” layihəsinin pilot mərhələsinin bağlanış mərasimi keçirilib

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu (TİF) və ABŞ-nin “Coursera” şirkəti tərəfindən birgə həyata keçirilən "4Sİ Akademiyası" layihəsinin pilot mərhələsinin başa çatması ilə əlaqədar tədbir keçirilib.

4SİM-in icraçı direktoru Fariz Cəfərov akademiyanın ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına töhfə verdiyini vuğulayıb. Layihə müddətində 1 il ərzində 10 min nəfər “Coursera” onlayn təhsil platformasında 4Sİ texnologiyaları, süni intellekt, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, liderlik, kommunikasiya bacarıqları daxil olmaqla ümumilikdə 800-ə yaxın kursdan ödənişsiz yararlanıb. İştirakçılar 32 min saatdan çox videomühazirələrə qatılıblar, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4300 beynəlxalq sertifikat əldə ediblər.

Bildirilib ki, “4Sİ Akademiyası” layihəsi “Milli Proqram” şəklində davam etdiriləcək. Bu dəfə proqram 200 min vətəndaşı, o cümlədən “Coursera” platformasında təqdim olunan 8 min kursun hamısını əhatə edəcək. Yalnız ingilis dilində kursların təqdim olunduğu pilot layihədən fərqli olaraq, “Milli Proqram” çərçivəsində bütün kurslar Azərbaycan dilində altyazı ilə müşayiət olunacaq. Daha çox tələbatın olduğu 20 kurs isə süni intellekt vasitəsilə Azərbaycan dilində səsləndiriləcək.

Təhsil platformasında bu ildən süni intellekt əsaslı “Coursera Coach” fərdiləşdirilmiş bələdçi funksiyası istifadəyə veriləcək. Bu bələdçi vasitəsilə istifadəçi öz təhsilinə və karyera hədəflərinə uyğun kurslar haqqında məlumat alacaq. Həmçinin platformada “Hiring Solutions” (İşəgötürmə həlləri) aləti Azərbaycandakı işəgötürənlər üçün əlçatan olacaq. Müəssisələr bu alət vasitəsilə istədikləri bilik və bacarıqlara uyğun kursları bitirmiş şəxslər haqqında məlumat alacaqlar və onları işə dəvət edə biləcəklər.

Təhsilin İnkişafı Fondunun İdarə heyətinin sədri Elnur Nəsibov istifadəçilərin “4Sİ Akademiyası” çərçivəsində dünyanın nüfuzlu universitet və şirkətlərinin təqdim etdiyi tədris proqramlarından yararlandığını bildirib. Təklif edilən kursların istifadəçilərin texniki bacarıqlarla yanaşı, liderlik və ünsiyyət bacarıqlarını da inkişaf etdirdiyi qeyd olunub.

“Coursera” şirkətinin Avropa, Orta Şərq və Afrika regionu üzrə icraçı direktoru Nikolaz Fuko 148 milyondan çox istifadəçisi olan “Coursera” platformasında dünyanın aparıcı universitetləri və qabaqcıl texnologiya şirkətlərinin onlayn kurs və təlimlərinin təklif edildiyini qeyd edib. Azərbaycanlı istifadəçilərin layihə çərçivəsində aktiv şəkildə kurslara qatıldığını, əsasən rəqəmsal texnologiyalar, süni intellekt və biznes yönümlü təlimlərə maraq göstərdiklərini diqqətə çatdırıb.

Qeyd edək ki, “4Si Akademiyası” cari ilin sentyabr ayında “Coursera” şirkəti tərəfindən keçirilən müsabiqədə 42 ölkə tərəfindən təqdim olunan 180 layihə arasından seçilərək” Süni İntellekt” nominasiyası üzrə “Üstün Nailiyyət Mükafatı”na layiq görülüb.

Tədbir çərçivəsində “4Sİ Akademiyası”nın məzunları uğur hekayələrini iştirakçılarla paylaşıblar. Yüksək nailiyyət qazanmış məzunlara sertifikatlar təqdim olunub.

VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi?