16 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda gəmiqayırma sənayesi sürətlə inkişaf edir

Azərbaycanda inşa olunan ilk tanker – "Laçın"ın istifadəyə verilməsi bu ilin payızına planlaşdırılıb. Tankerin inşası Bakı Gəmiqayırma Zavodu tərəfindən aparılır. Bu haqda məlumatı "APA-Economics" yayıb. Məlumata görə, hazırda tankerin tikintisi prosesi zavodun yanalma körpüsündə davam etdirilir. Tankerin tam istifadəyə verilməsi bu ilin sentyabrına nəzərdə tutulub.

Qeyd edək ki, "Laçın" neftdaşıyan tankerinin gövdəsinin tikintisi 100 faiz tamamlanıb. Qalan tikinti və quraşdırma işlərinin davam etdirilməsi üçün isə tanker bu ilin fevralında suya salınıb. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) sifarişi əsasında inşa olunan bu tip yeni nəsil tankerlərin uzunluğu 141, eni 16.9, hündürlüyü isə 6 metrdir. Dedveyti dənizdə 7,875 T və çayda 5,447 T olan tankerlər iki ədəd hər biri 1.200 kW gücə malik "Wartsila" istehsalı mühərriklərlə təchiz edilib. 11 nəfərlik heyətlə idarə olunan bu gəmilər 10 uzellə hərəkət edir. Tankerlərin hər biri xam neft və neft məhsullarının daşınması üçün ümumi tutumu 9.212 kubmetr olan altı yük tankına malikdir. Unikallığı ilə seçilən bu üzən vasitələrin layihəsini Odessa Dəniz Mühəndisliyi Bürosu hazırlayıb.

Xatırladaq ki, bu ilin fevralında ASCO ilə "Bakı Gəmiqayırma Zavodu" MMC arasında eyni tipli daha iki tankerin tikintisi üçün yeni müqavilə imzalanıb.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?