19 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tekstil sahəsində yeni dövlət standartları qəbul edilib

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən tekstil sahəsinə aid yeni dövlət standartları qəbul edilib.

Qəbul edilən yeni dövlət standartları:

- AZS ISO 1833-1:2024 “Toxuculuq məmulatları — Kimyəvi kəmiyyət analizi - 1-ci hissə: sınağın ümumi prinsipləri”,

- AZS ISO 1833-2:2024 “Toxuculuq məmulatları — Kimyəvi kəmiyyət analizi - 2-ci hissə: Üçlü lif qarışıqları”,

- AZS ISO 1833-4:2024 “Toxuculuq məmulatları — Kimyəvi kəmiyyət analizi — 4-cü hissə: Müəyyən zülal liflərinin digər müəyyən liflərlə qarışıqları (hipoxloritin istifadə olunduğu üsul)”,

- AZS ISO 1833-6:2024 “Toxuculuq məmulatları - Kimyəvi kəmiyyət analizi – 6-cı hissə: Viskoza, bəzi kupron növləri, modal və ya lioselin liflərinin digər liflərlə qarışığı (qarışqa turşusu və sink xloriddən istifadə üsulu)”,

- AZS ISO 1833-7:2024 “Toxuculuq məmulatları - Kimyəvi kəmiyyət analizi - 7-ci hissə: Poliamidin bəzi digər liflərlə qarışıqları (qarışqa turşusundan istifadə üsulu)”,

- AZS ISO 1833-9:2024 “Toxuculuq məmulatları – Kimyəvi kəmiyyət analizi – 9-cu hissə: Asetatın digər liflərlə qarışıqları (benzil spirtindən istifadə üsulu)”,

- AZS ISO 1833-10:2024 “Toxuculuq məmulatları - Kimyəvi kəmiyyət analizi – 10-cu hissə: Triasetatın və ya polilaktidin digər liflərlə qarışıqları (dixlorometandan istifadə üsulu)”,

- AZS ISO 1833-11:2024 “Toxuculuq məmulatları – Kimyəvi kəmiyyət analizi – 11-ci hissə: Müəyyən selüloz liflərinin digər liflərlə qarışıqları (sulfat turşusundan istifadə üsulu)”.

Dövlət standartlarının tətbiq edilməsində məqsəd müvafiq laboratoriyalarda aparılan sınaqlar zamanı kimyəvi analizlər əsasında toxuculuq məhsullarının keyfiyyətini, tərkibini və təhlükəsizliyini müəyyən etməkdir.

Qeyd edək ki, yeni dövlət standartları “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində istinad standartları kimi qəbul olunub.

Yeni dövlət standartları “Tekstil sahəsi” standartlaşdırma üzrə texniki komitədə (AZSTAND/TK 45) müzakirə olunub və İnstitut tərəfindən qəbul edilərək müvafiq qaydada Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?