1 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AZAL və “Ethiopian Airlines” tərəfdaşlıq müqaviləsi imzalayıblar

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) ilə Afrikanın ən böyük aviaşirkəti olan “Ethiopian Airlines” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

QSC-dən verilən məlumata görə, müqaviləyə əsasən, sərnişinlər artıq əlavə marşrutlara və daha rahat transferlərə çıxış əldə edirlər. Həmçinin bu əməkdaşlıq çərçivəsində baqajın bir dəfə qeydiyyata alınması xidməti təqdim edilir və hər iki aviaşirkətin uçuşları üçün vahid biletin rəsmləşdirilməsi imkanı yaradılır.

Bu anlaşma hər iki aviaşirkətin müştəriləri üçün rahat və komfortlu səyahət təcrübəsi təmin etmək istiqamətində mühüm bir addımdır. Sərnişinlər artıq Yaxın Şərq və Körfəz Əməkdaşlıq Şurası ölkələrində, eləcə də Hindistan yarımadasındakı hava limanları vasitəsilə rahat transferlərdən yararlana bilərlər ki, bu da beynəlxalq səyahətlərin təşkilini sadələşdirir.

Qeyd edək ki, “Ethiopian Airlines” aviaşirkətinin geniş marşrut şəbəkəsi Afrika qitəsi boyunca COP29-a üzv olan ölkələrin əksəriyyətini əhatə edir.

VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi?