17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın bank sektorunda vəziyyət sabitləşib

"Azərbaycanın bank sektorunda vəziyyət sabitləşib. Kapital səviyyəsi və bankların gəlirliliyi yaxşılaşıb".

Bu fikirləri "Report"a Azərbaycan bank sektoru ilə bağlı vəziyyəti şərh edən Beynəlxalq Valyuta Fondunun (IMF) ölkə üzrə missiyasının rəhbəri Natalia Tamirisa deyib. "Bu yaxınlarda elan edilmiş qeyri-performanslı kredit (nonperforming loan–NPL) proqramı həm borcalanların, həm də bankların balans hesabatlarının yaxşılaşdırılmasına kömək edəcək. Bununla yanaşı, bank sisteminin sağlamlığının yaxşılaşdırılması və dayanıqlığının gücləndirilməsi üçün əlavə addımlar atılmalıdır. Bu addımlar hərtərəfli olmalıdır, o cümlədən NPL problemlərinə qarşı geniş əsaslı bir yanaşma olmalıdır. Sektorda inkişaf etmiş rəqabət də vacibdir", - missiyasının rəhbəri qeyd edib.

Onun sözlərinə görə, IMF hökumətin "Azərbaycan Beynəlxalq Bankı" (ABB) ASC-ni ən qısa müddətdə özəlləşdirmək niyyətini dəstəkləyir və xarici investor tapmaq seçimlərdən biri olacaq".

N.Tamirisa hesab edir ki, ABB-nin özəlləşməsinə xarici maliyyə institutlarının cəlb edilməsi mümkündür: Xatırladaq ki, Azərbaycan hökuməti 2016-cı ildən etibarən ABB-nin sağlamlaşdırılması prosesini həyata keçirir. Bankın özəlləşməsi prosesinə hökumət xarici maliyyə institutlarını da cəlb etmək niyyətindədir. Azərbaycanın Maliyyə naziri Samir Şərifov jurnalistlərə açıqlamasında bu prosesdə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maraqlı olduğunu açıqlamışdı. EBRD-nin Azərbaycan ofisinin rəhbəri İvana Duarte isə mediaya açıqlamasında bildirib ki, təmsil etdiyi maliyyə institutu ABB-də 5-25 faiz arasında pay ala bilər.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri