19 Fevral 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və Çin arasında metrologiya sahəsində əməkdaşlığa dair Memorandum imzalanacaq

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) ilə Çin Milli Metrologiya İnstitutu (NIM) arasında əlaqələrin qurulması məqsədilə Anlaşma Memorandumu imzalanacaq.

Azərbaycan Metrologiya İnstitutunun məlumatına görə, sənədin hazırlanmasına dair razılıq AzMİ nümayəndələrinin Çinə işgüzar səfəri çərçivəsində NIM-in rəhbər heyəti ilə keçirilən ikitərəfli görüşdə əldə olunub.

Görüşdə qurumlar arasında metrologiyanın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələrinin qurulması, birgə elmi-tədqiqat işlərinin və elmi-texniki layihələrin həyata keçirilməsi, metroloji izlənilmənin təmin edilməsi, ilkin etalonların tutuşdurulması, standart nümunələrin hazırlanması, metroloji xidmətlərin elektronlaşdırılması, həmçinin mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi proqramlarına cəlb edilməsi istiqamətində müzakirələr aparılıb.

Səfər çərçivəsində AzMİ-nin əməkdaşları NIM tərəfindən təşkil olunan Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (COOMET) “Akustika, ultrasəs, vibrasiya üzrə Texniki Komitəsi”nin 18-ci iclasında iştirak ediblər.

İclasda COOMET-in 2023-cü il üçün illik hesabatı, NIM-in akustika, ultrasəs və vibrasıya laboratoriyalarına dair məlumatlar, eləcə də görüş iştirakçılarının təqdimatları nümayiş etdirilib. Daha sonra Texniki Komitə qərarlarının icrası və mövcud vəziyyət, həmçinin üzv ölkələrin sahə üzrə təcrübələrinin artırılması məqsədilə praktiki təlimlərin təşkili haqqında müzakirələr aparılıb.

VergiXarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər? VergiAtası əlil olan şəxsə əmlak vergisinə görə güzəşt verilirmi? VergiDaşınmaz əmlak alan şəxslər üçün ƏDV-nin geri qaytarılması qaydaları VergiƏvvəlki tarixə ƏDV qeydiyyatı üçün müraciət etmək mümkündürmü? Vergiİşçilərə ödənilən yemək xərcinə görə gəlir vergisi tutulmalıdırmı? VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi