10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: “Yaşıl" layihələr ölkəmizi təmiz enerji dövlətinə çevirmək məqsədini güdür”

Bu gün Azərbaycan dünyanın prioritet hesab etdiyi "yaşıl keçid"in əsas iştirakçılarından biridir. Ölkəmizin iqlim dəyişikliyi məqsədlərinin qlobal çağırışlarla uzlaşdırılması bizim üçün dəyərli bir təcrübə yaradıb. Böyük enerji şirkətləri ilə həyata keçirdiyimiz "yaşıl" layihələr ölkəmizi təmiz enerji dövlətinə çevirmək və ekoloji dayanıqlığı dəstəkləyən investisiyaları təşviq etmək məqsədini güdür. Bununla əlaqədar biz müəyyən öhdəliklər götürmüşük.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir vurğulayıb ki, 2022-2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyasında elektrik enerjisi istehsalı üçün bərpaolunan enerji mənbələrinin payının artırılması və tullantıların təkrar emalı proseslərinin genişləndirilməsi məqsədi müəyyən edilib: “SOCAR-ın COP28 çərçivəsində 2050-ci ilə qədər karbonsuzlaşdırma strategiyasını həyata keçirmək və sıfır metan emissiyasına nail olmaq üzrə könüllü öhdəliyi bizi sevindirir”.

Nazir bildirib ki, Beynəlxalq Valyuta Fondunun 2023-cü il Hesabatına əsasən, qlobal qalıq yanacaq subsidiyaları 7 trilyon dollara çatıb, bu da qlobal ÜDM-in təxminən 7,1 faizini təşkil edir: “Bu əhəmiyyətli sərmayə, yalnız qalıq yanacaqlardan davamlı asılılığımızı vurğulamır, həm də davamlı enerji həllərinə keçidin əsas maneəsini yaradır. Təsəvvür edin ki, bu subsidiyaların yalnız bir hissəsi bərpaolunan enerji, “yaşıl” texnologiyalar və iqlimə davamlılıq təşəbbüslərinə yönəldilərsə, transformasiya imkanları necə genişlənəcək. Bu resurslarla təmiz enerjiyə doğru hərəkət sürətləndirilməklə yanaşı, innovasiyalar stimullaşdırıla və “yaşıl” iqtisadiyyatda milyonlarla yeni iş yeri yaradıla bilər. Müsbət dəyişiklik potensialı böyükdür və bundan daha davamlı bir gələcək üçün istifadə etməyin vaxtıdır”.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?