12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

COP29 enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsinə istiqamətlənəcək

Dünyada iqlim dəyişmələri, azalan təbii ehtiyatlar və artan tələbat "yaşıl iqtisadiyyat”ın inkişafını zəruri edir. Bu, öz növbəsində hər bir ölkənin dayanıqlı inkişafı üçün vacib faktora çevrilib. Dünya Bankının hesablamalarına əsasən, iqlim dəyişikliyinin təsirləri nəticəsində 2050-ci ilədək qlobal ÜDM illik 1,5-5 faiz azalacaq. İqlim dəyişikliyi ekoloji tarazlığı pozaraq, biomüxtəlifliyə də mənfi təsir edir. Bu faktorlar iqlim dəyişikliyinin geniş təsirlərini yumşaltmaq üçün təcili tədbirlərin görülməsinin vacibliyini bir daha vurğulayır.

Bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, COP29-un ev sahibi kimi Azərbaycanın müəyyən öhdəlikləri var. Əgər bu günə qədər ölkələr iqlim dəyişiklikləri fonunda nə etmək lazım gəldiyi barədə düşünürdülərsə və daha çox bu barədə danışırdılarsa, COP29 gündəliyi daha konkret hərəkətlərə keçmək istiqamətində addım olacaq.

İqtisadiyyat naziri qeyd edib ki, COP29 enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsinə istiqamətlənəcək: “Ölkəmiz bütün maraqlı tərəflərin bu prosesə cəlb olunması və inkluziv müzakirələrin aparılmasına nail olmaq niyyətindədir. Bunun üçün dövlətləri, beynəlxalq təşkilatları, maliyyə institutlarını, enerji sahəsində işləyən böyük şirkətləri COP29-un işinə cəlb etmək, özəl investisiyaların aşağı karbonlu biznes həllərin tətbiqi prosesinə cəlbi üçün təşviqlərin müzakirəsini təşkil etmək lazımdır”.

Mikayıl Cabbarov enerji keçidi prosesində mühüm təşəbbüslərimizin olduğunu vurğulayıb: “COP29-un fəaliyyət gündəliyində yer alan 14 əsas təşəbbüsdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılmasıdır. Düşünürük ki, iqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında bu Fond mühüm rol oynaya bilər. Fondun kapitalının əsasən qalıq yanacaq istehsal edən ölkələr, eləcə də neft, qaz və kömür hasilatı ilə məşğul olan şirkətlər tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulur. Fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə, eləcə də kiçik ada dövlətlərində iqlim fəaliyyətinə investisiya yatırmaqla yanaşı, qalıq yanacaq ehtiyatlarına malik ölkələrin və bu sektorda fəaliyyət göstərən müəssisələrin yaşıl keçidə olan töhfələrini artırmaqdır”.

İqtisadiyyat nazirinin sözlərinə görə, Azərbaycan hesab edir ki, təbii sərvətlərlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməlidir və bu təşəbbüs iqlim maliyyəsindəki boşluqların aradan qaldırılmasına əhəmiyyətli fayda verə bilər: “Fondun fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapital toplanması və ən azı 10 donor ölkənin fonda qoşulması planlaşdırılır ki, fikrimizcə, COP29 çərçivəsində bu məsələ əsas müzakirə mövzularından biri olacaq”.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?