12 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

AYİB Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2024-cü ildə Azərbaycanın iqtisadi artım ilə bağlı proqnozunu may ayındakı 3,1 faizdən 3,8 faizə yüksəldib.

Bu barədə Bankın bu gün dərc edilmiş regional icmalında bildirilir.

AYİB-in Azərbaycanın 2025-ci il üçün ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozu isə dəyişməyərək 2,7 faiz qalıb.

"Güclü dövlət investisiyaları və əhalinin real gəlirlərinin artması 2024-cü ilin I yarısında Azərbaycanın qeyri-neft ÜDM-nin davamlı artımını dəstəkləyib, neft-qaz sektoru isə Avropa bazarında tələbatın artmasından faydalanıb. Kreditləşmənin artımı daha da sürətlənərək 20 faizi ötüb, həm korporativ, həm də pərakəndə kreditləşmə yaxşı nəticələr göstərib", - bank vurğulayıb.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?