17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aliks Perinyon De Troy: “IOTA üzv ölkələr arasında qabaqcıl təcrübələrin mübadiləsini daim diqqətdə saxlayır”

2024-2025-ci illərdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) prezidentliyi həyata keçirir və uzun müddətdir ki, DVX IOTA-nın sadiq üzvüdür.

Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum çərçivəsində brifinqdə IOTA-nın icraçı katibi Aliks Perinyon De Troy deyib.

Onun sözlərinə görə, bu gün müzakirə olunan mövzu çox əhəmiyyətli və aktualdır, çünki iqlim çağırışlarının həlli ilə bağlıdır. "IOTA üzv ölkələr arasında qabaqcıl təcrübələrin mübadiləsini daim diqqətdə saxlayır. Bu tədbir də vergi orqanları arasında iqlim dəyişikliyi ilə mübarizə sahəsində biliklərin və təcrübələrin paylaşılması baxımından əhəmiyyətli platformadır",- Aliks Perinyon De Troy deyib.
O əlavə edib ki, tədbirin keçirilməsində əsas hədəflərdən biri karbon qiymətqoyma üzrə təşəbbüsləri nəzərdən keçirmək, bu sahədə ölkələrin fəaliyyətinin əlaqələndirilməsini və əməkdaşlığın təşviqini təmin etməkdir.

"Məlum olduğu kimi, Paris Sazişinin 6-cı maddəsində karbon bazarları ilə əlaqədar bir sıra hədəflər müəyyənləşdirilib. Müzakirələrimiz karbon qiymətqoyma və karbon vergisi ilə bağlı təşəbbüsləri əhatə edəcək. Karbon qiymətqoymasının tətbiqi mexanizmlərini təkmilləşdirmək sağlam və təhlükəsiz ekoloji mühit üçün əhəmiyyət daşıyır.

İnanıram ki, bu Forum vergi administrasiyaları arasında dialoqun inkişafına töhfə verməklə gələcək əməkdaşlıqlar üçün möhkəm bünövrə olaraq noyabrda Bakıda keçiriləcək COP29 tədbirinin prioritetlərinin reallaşdırılması üçün də faydalı olacaq",- Aliks Perinyon De Troy qeyd edib.

VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir?