8 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Baş nazir: "Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası ən əsas vəzifələrdən biridir"

Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və bərpa edilməsi ən əsas vəzifələrdən biridir. Bu, ortamüddətli dövrdə qeyri-neft iqtisadiyyatının inkişafında “stimullaşdırıcı multiplikator” rolunu oynayacaq. Həmçinin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası da prioritet istiqamət olaraq diqqət mərkəzində saxlanılacaq. Prezidentin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri fəaliyyət istiqamətlərinə uyğun olaraq proqramın icrasını ciddi diqqətdə saxlamalı, tapşırıqların yerinə yetirilməsinə mütəmadi olaraq bilavasitə yerində - yəni, Naxçıvana səfər etməklə dəstək verməli və nəzarət etməlidirlər.

Bunu Baş nazir Əli Əsədov hökumətin iclasında 2025-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri, sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi, sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsi zamanı bildirib.

Baş nazir qeyd edib ki, ötən dövrdə olduğu kimi, növbəti illərdə də “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın uğurlu icrası və tələb olunan maliyyə vəsaitinin ayrılması vacib vəzifələrdəndir. Strategiyanın icrasında aidiyyəti qurumlar öz üzərilərinə düşən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməlidirlər. Bu istiqamətdə nəzarət daha da gücləndiriləcək.

“Dövlət büdcəsində ən böyük xərclərdən biri növbəti illərdə də hərbi xərclər olacaq. Dövlət başçısının tapşırığına əsasən, müasir ordu quruculuğu prosesi və milli təhlükəsizlik potensialının artırılması, müdafiə sənayesi kompleksinin müasir çağırışlara uyğun olaraq gücləndirilməsi və modernləşdirilməsi hər zaman olduğu kimi diqqət mərkəzində saxlanılacaq”, - deyə o əlavə edib.

AZƏRTAC

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?