8 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlar "Central Asia Retail Week 2024" forumuna dəvət olunurlar

Bu ilin 16-17 oktyabr tarixlərində Özbəkistan Respublikasının İnvestisiya, Sənaye və Ticarət Nazirliyi və Pərakəndə Bazar Ekspertləri Assosiasiyasının birgə təşkilatçılığı ilə Daşkənd şəhərində “Central Asia Retail Week 2024” beynəlxalq elektron və pərakəndə ticarət forumu keçiriləcək.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, tədbir ticarət sahəsində dövlət qurumları və aparıcı pərakəndə satış şəbəkələrinin rəhbərlərini, istehsalçı və təchizatçıları, bank sektorunun nümayəndələrini, analitikləri və pərakəndə sektorun ekspertlərini bir araya gətirəcək. Belə ki, müasir pərakəndə ticarətin inkişafının ən mühüm sahələrinə həsr olunmuş strateji sessiyalara və müzakirə platformalarına 200-dən çox məruzəçi və 1 500-dək iştirakçı qatılacaq.

Forumda iştirak etmək istəyən Azərbaycan sahibkarları retailweek.uz səhifəsində qeydiyyatdan keçə bilərlər.

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?