16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Ağdamda istehsal olunan ayaqqabılar Avropa və MDB ölkələrinə ixrac ediləcək

Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC “Made in Azerbaijan” brendi altında istehsal etdiyi ayaqqabıları bir sıra Avropa və MDB ölkələrinə ixrac etməyi nəzərdə tutur. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin direktoru Elnur Allahverdiyev deyib.

E.Allahverdiyevin sözlərinə görə, ilk ixrac ölkələrinin Rusiya, Qazaxıstan və Avropa dövlətləri olacağı gözlənilir: “Şirkətin fabrikində çox keyfiyyətli, Avropa standartlarına cavab verən işçi ayaqqabıları istehsal edilir. Biz iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunan ayaqqabı növləri (tikinti, neft-qaz sənayesi, qida, aqro, balıqçılıq və s.) istehsal edirik. Çeşidlərimiz getdikcə artır, hazırda yeni modellərin də dizaynları hazırlanır”.

Şirkət direktoru əlavə edib ki, bəzi ayaqqabıların müəyyən təyinatları olsa da, qoruyucu polad ucluq və altlıqları olmadığından onlar gündəlik istifadə üçün də yararlı sayıla bilər: “Məsələn, bəzi ayaqqabılarımız həm gündəlik istifadə üçün, həm də dağda, meşələrdə trekinq və haykinq üçün yararlıdır. Beynəlxalq standartlara cavab verən xammal materiallar tanınmış xarici şirkətlərdən alınır. Ayaqqabı altlıqları üçün istifadə olunan poliuretan Almaniyadan sifariş olunur. Ayaqqabı modellərinin dizaynı və press formaları “Soles by Michelin”, “Decathlon”, “Alexander MCQueen”, “Blundstone” kimi tanınmış brendlərlə çalışan İtaliya şirkəti tərəfindən “BAFCO” üçün özəl olaraq hazırlanıb”.

Xatırladaq ki, sentyabrın 19-da Azərbaycan Prezidenti İlham Əliyev Ağdam Sənaye Parkında “BAFCO İnvest” MMC-nin müxtəlif təyinatlı ayaqqabıların istehsalı zavodunun açılışında iştirak edib. MMC 2023-cü ilin mart ayında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Sənaye parkının 2,5 hektar ərazisində Almaniyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı həyata keçirilir. İnvestisiya dəyəri 10 milyon manatdan çox olan müəssisə ildə 510 min cüt ayaqqabı istehsalı gücünə malikdir ki, bunun da 350 min cütünü təhlükəsizlik ayaqqabıları, 160 min cütünü poliuretan çəkmələr təşkil edəcək. İstehsal olunan məhsulların 65 faizinin yerli, 35 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.

İlhamə İSABALAYEVA

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?