9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Qiymətli kağızlar bazarı vasitəsilə kapitalın cəlb edilməsi imkanları müzakirə olunub

Alman-Azərbaycan Ticarət Palatasında (AHK Azərbaycan) maliyyə xidmətləri və kənd təsərrüfatı və qida sənayesi üzrə işçi qruplarının birgə iclası keçirilib.

Ticarət Palatasının məlumatına görə, iclas iştirakçıları qiymətli kağızlar bazarı vasitəsilə kapitalın artırılmasını müzakirə ediblər.

Bakı Fond Birjasının (BFB) listinq departamentinin rəhbəri Anjela Ramazanova fond bazarının dərinləşdirilməsi, daha geniş investor bazasının yaradılması və bazar likvidliyinin artırılması istiqamətində görülən tədbirlərdən danışıb. Bu addımların kapital bazarı ekosisteminin dinamik inkişafına töhfə verdiyi bildirilib.

O, BFB-nin listinqindən danışaraq qeyd edib ki, bu, emitentlərə maliyyələşmə imkanı verir və onları borc yükündən azad edir. İnvestorlar üçün isə bu, xüsusilə yüksək gəlir əldə etmək imkanıdır.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?