Azərbaycandan Tunisə məhsul ixracı 10 dəfədən çox artıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın Tunislə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrünə nisbətdə 8 dəfə artaraq 170,1 milyon dolları üstələyib.
İxrac – idxal:
Azərbaycandan Tunisə ixrac: 163,8 milyon dollar (+10,2 dəfə)
Tunisdən Azərbaycana idxal: 6,2 milyon dollar (+20,3 faiz)
Cari ilin ilk 8 ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Tunislə ticarətin payı 0,54 faiz təşkil edib.
*Mənbə: Dövlət Gömrük Komitəsi