6 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycanda informasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Azərbaycanda informasiya və kibertəhlükəsizlik laboratoriyaları yaradılacaq

Azərbaycanda informasiya və kibertəhlükəsizlik laboratoriyalarının yaradılması istiqamətində işlər aparılır.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Bakıda keçirilən “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.

“Ötən il Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası”nı təsdiq edib, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na da uyğun olaraq ölkəmizdə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində bir sıra tədbirlər həyata keçirilir. Bugünkü “Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik” mövzusuna həsr olunmuş konfransda bu strategiyalardan irəli gələn məsələlər müzakirə olunacaq. Azərbaycanda informasiya və kibertəhlükəsizlik laboratoriyalarının yaradılması istiqamətində işlər aparılır”, - deyə Sahib Ələkbərov bildirib.

AZƏRTAC

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?