28 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İraqın ticarət naziri ilə görüş keçirilib YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə görüşüb.

Görüşdə İraqla münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyi, ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişlənməsi üçün münbit şəraitin olduğu qeyd edilib. Bildirilib ki, İraq şirkətləri Azərbaycanda müxtəlif sahələrdə biznes fəaliyyəti ilə məşğul olur. Həmçinin, Azərbaycan şirkətləri İraqda infrastruktur layihələrindəki iştirakını genişləndirə bilərlər. Bununla yanaşı, ticarət, sənaye, enerji, nəqliyyat, özəl sektor, turizm və digər vektorlar üzrə əlaqələrin inkişafı üçün perspektivlər böyükdür.

Tərəflər iqtisadi-ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndiriblər.

Görüşdə biznes subyektlərinin əməkdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və infrastruktur layihələrinin icrası istiqamətində birgə fəaliyyətin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.

-----

14:50

“İraqın ticarət naziri Ater Davud Əl-Ğureyri ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin, qarşılıqlı investisiyaların və işbirliyinin təşviqi imkanlarını dəyərləndirdik.

Biznes subyektlərinin əməkdaşlığının gücləndirilməsi, ticarət dövriyyəsinin artırılması və infrastruktur layihələrinin icrası istiqamətində birgə fəaliyyətin dəstəklənməsinin əhəmiyyətini vurğuladıq”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.

VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu?