17 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakı hindistanlı turistlərin üstünlük verdikləri istiqamətlər sırasında ilk üçlükdə qərarlaşıb

Metaaxtarış mühərriki funksiyasını daşıyan, aviabiletlərin alınması, hotel və avtomobil icarəsini müqayisəli formada əlçatan edən “Skyscanner” platformasının 2024-cü il üzrə yayımladığı səyahət trendləri hesabatında hindistanlı turistlərin səyahət davranışı və tərcihləri haqqında məlumat və tendensiyalar əksini tapıb.

Platformanın hesabatına əsasən, Bakı şəhəri hindistanlı turistlər arasında populyar istiqamətlərdən biridir və çox axtarılan istiqamətlər siyahısında üçüncü yerdə qərarlaşır. Belə ki, platformada Bakı şəhəri üzrə axtarış marağı 438% artıb. Birinci və ikinci sırada isə müvafiq olaraq Vyetnamın Da Nanq, Qazaxıstanın Almatı şəhəri yer alır.

Hesabatda bildirilir ki, Hindistandan Bakıya aviareyslərin qiymətlərində də 22% ucuzlaşma qeydə alınıb və bu, Bakını hindistanlı turistlər üçün əlçatan istiqamətlərdən birinə çevirir.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?