23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Ölkəmizdə ilk dəfə bərpaolunan enerji üzrə hərrac keçiriləcək

Ölkəmizdə ilk dəfə bərpaolunan enerji üzrə hərrac keçiriləcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən Qobustan Günəş Elektrik Stansiyası üzrə elan edilmiş hərrac iştirakçılarından daxil olmuş təkliflərə baxılması, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının üçüncü iclası keçirilib.

Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev ölkəmizdə keçirilən ilk bərpaolunan enerji hərracı prosesi barədə ümumi məlumat verib, həmçinin layihə çərçivəsində təkliflər sorğusu mərhələsinin tələblərinə uyğun olaraq cari ilin sentyabr ayında hərracın təşkil ediləcəyi əraziyə (Bakı şəhəri, Qaradağ rayonu, Pirsaat qəsəbəsi ərazisində yerləşən 300,77 hektar torpaq sahəsi) hərracda iştirak edəcək şirkətlər ilə birgə sahə səfərinin və layihə ilə bağlı konfransın nəzərdə tutulduğunu bildirib.

Belə ki, hərracın ilk mərhələsinin (ixtisas uyğunluğunun müəyyənləşdirilməsi) icra qrafikinə uyğun olaraq uğurla başa çatdığı və 8 şirkətin ixtisas uyğunluğu tələblərinə uyğun hesab edilərək növbəti mərhələyə (təkliflər sorğusu) keçdiyi bir daha iclas iştirakçılarının diqqətinə çatdırılıb.

Görüşdə həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının və “Synergy” məsləhətçi şirkətinin nümayəndələri tərəfindən təkliflər sorğusu mərhələsi üzrə hərracda iştirak edən şirkətlərə təqdim edilmiş sənədlər və hərracın təşkili üzrə icra qrafikinə dair ətraflı məlumat iclas iştirakçılarının diqqətinə çatdırılıb.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması