13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yevlax Pilot Aqroparkın rezidenti püstə bağı salacaq

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC Azərbaycanda ilk dəfə olaraq püstə bağı salacaq. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.

Onun sözlərinə görə, bu ilin noyabr ayında "UCB-1" calaqaltısı üzərinə püstə tingləri əkiləcək. ABŞ-dən alınan bu calaqaltılar daha qısa zaman ərzində məhsul əldə etməyə imkan yaradır. Adi halda püstə tingləri 9-10 ildən sonra meyvə verdiyi halda, "UCB-1" calaqaltısı üzərinə əkilən tinglər 3 ildən sonra meyvə verməyə başlayır.

Hazırda 10 min ədəd hazır püstə tingi var ki, onları da 30 hektara yaxın ərazidə əkmək mümkündür. Bu il aqroparkın 20 hektar ərazisində həmin tinglər hesabına yeni püstə bağı salınacaq, qalan 10 hektarlıq ərazi üçün nəzərdə tutulan tinglər isə digər fermerlərə satılacaq.

S.Xeyirbəyov bildirib ki, hazırda yerli istehsal olmadığından Azərbaycan bahalı məhsul sayılan püstəni idxal edir. Bağın məhsulu gələcəkdə daxili tələbatı ödəməklə yanaşı, ixrac da edilə bilər.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi