22 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkarlarla atmosfer havasının mühafizəsi ilə bağlı görüş keçirilib

Sahibkarlarla atmosfer havasının mühafizəsi ilə bağlı görüş keçirilib

“Bakı KOB evi”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə atmosfer havasının mühafizəsi sahəsində sahibkarların maarifləndirilməsi məqsədilə görüş keçirilib.

KOBİA-nın məlumatına görə, ETSN-in müvafiq qurumlarının iştirakı ilə təşkil olunan tədbirdə sənaye və ictimai iaşə (restoran, şadlıq evi) sahəsində fəaliyyət göstərən 50-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə atmosfer havasının mühafizəsi, bu sahədə qanunvericiliyin tələbləri sahibkarların diqqətinə çatdırılıb.

KOBİA-nın İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə çıxış edərək fikirlərini bölüşüb, eyni zamanda Nazirliyin mütəxəssisləri təqdimatlarla çıxış ediblər. Qeyd olunub ki, "Atmosfer havasının mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, hüquqi və fiziki şəxslər atmosferə atılan tullantıların qarşısını almalı, onların zərərsizləşdirilməsi təmin olunmalı, az tullantılı və tullantısız texnologiyalar tətbiq edilməli, bu sahədə normativlərə əməl olunmalıdır. Həmçinin sahibkarların diqqətinə çatdırılıb ki, sənaye və ictimai iaşə obyektlərində qaz-toz tutucu qurğuların quraşdırılması, bu qurğulara mütəmadi texniki xidmətin göstərilməsi və filtrlərin təmizlənməsi, atmosferə atılan tullantılarla bağlı uçot və hesabatın aparılması, məlumatların regional ekologiya və təbii sərvətər idarəsinə təqdim edilməsi vacibdir.

Görüş çərçivəsində biznes subyektlərinin təklifləri və çətinlikləri öyrənilib, mövzu ətrafında fikir mübadiləsi aparılıb və sahibkarların sualları cavablandırılıb.

VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı?