11 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək

Azərbaycanın "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"sının təsdiqi gözlənilir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdir müavini Rafiq Verdiyev “Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu - COP29 dəyirmi masa müzakirələri” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, strategiya hökumətə təqdim edilib: “Strategiya su ehtiyatlarının idarə edilməsi ilə bağlı yanaşmanın tətbiq edilməsi və ölkənin dayanıqlı sosial-iqtisadi inkişafının, eləcə də su təhlükəsizliyinin təmin edilməsi məqsədilə hazırlanıb. Milli Strategiya qısamüddətli (6 il), ortamüddətli (6-12 il) və uzunmüddətli (12-18 il) məqsədlərin həyata keçirilməsini nəzərdə tutur”.

R.Verdiyev qeyd edib ki, strategiyanın tətbiqi ilə ölkənin su sektorunda təşkilati və tənzimləyici çərçivə gücləndiriləcək: “Həmçinin, su obyektlərinin ekoloji statusunu müəyyən etmək üçün monitorinq sistemi inkişaf etdiriləcək, yerüstü və yeraltı sular (o cümlədən termal və mineral suların öyrənilməsi və idarə edilməsi də daxil olmaqla) üçün məlumat bazası yaradılacaq, içməli su təchizatının yaxşılaşdırılması və tullantı suların təmizlənməsi sistemi təkmilləşdiriləcək".

“Report”

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi