13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Son 5 ildə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb

Azərbaycanda intensiv kənd təsərrüfatının inkişafı üçün dövlət dəstəyi mövcuddur. Məsələn, müasir suvarma sistemlərinin tətbiqini stimullaşdırmaq üçün müxtəlif güzəştlər və subsidiyalar tətbiq olunur. Son 5 ildə 38,2 min hektar ərazidə suvarma sistemlərinin qurulmasına 93,3 milyon manat subsidiya ayrılıb.

Bunu "Su idarəetmə sistemlərinin iqlimə dayanıqlı kənd təsərrüfatında rolu - COP29 dəyirmi masa müzakirələri” adlı tədbirdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova bildirib.

Nazir müavini qeyd edib ki, fermerlərlə sıx əməkdaşlıq etmək və onların iqlimə davamlı yanaşmaları mənimsəmələrinə dəstək vermək isə bu prosesi sürətləndirə bilər. Onun sözlərinə görə, fermerlərin su ehtiyatlarını səmərəli istifadə etmələri və iqlim dəyişikliklərinə uyğunlaşmaları sektorun davamlı inkişafı üçün həlledici addımlardır. Bu istiqamətdə fəaliyyətlər, COP29 zamanı, noyabrın 19-da keçiriləcək Ərzaq, Kənd Təsərrüfatı və Su Günündə təqdim ediləcək "Harmoniya Təşəbbüsü"nün əsas hədəflərindən biridir. "Bu təşəbbüs kənd təsərrüfatı icmalarına və fermerlərə müasir su idarəetmə sistemləri və iqlimə davamlı yanaşmaları tətbiq etmək üçün lazımi dəstəyi təmin etməyi qarşısına məqsəd qoyur", - deyə İ.Qədimova qeyd edib.

AZƏRTAC

VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı?