23 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Azərbaycan şirkəti ilk dəfə olaraq Malayziya və Gürcüstana pambıq yağı ixrac edib

Azərbaycan şirkəti ilk dəfə olaraq Malayziya və Gürcüstana pambıq yağı ixrac edib

Azərbaycanın ən böyük pambıq yağı istehsalçısı olan Şirvan yağ emalı zavodunun istehsal etdiyi məhsullar ilk dəfə olaraq Malayziya və Gürcüstana ixrac edilib. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “MKT İK” MMC-nin Satış departamentinin rəhbəri Mələk Məmmədova məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan bu il Malayziyaya 534, Gürcüstana isə 20 ton pambıq yağı ixrac edib. Zavod pambıq yağını bu iki ölkə ilə yanaşı, Türkiyə və Tacikistana da satıb. Tacikistan MMC-nin ənənəvi ixrac bazarı sayılır.

Zavod bu il istehsal etdiyi pambıq yağının 45 tonunu daxili bazarda satıb, 3542 tonunu isə ixrac edib. Hazırda zavodun anbarında 164 ton pambıq yağı var.

VergiMüharibə veteranının əməkhaqqından tutulmuş gəlir vergisinin geri qaytarılması mümkündürmü? VergiFiziki şəxs öz adına olan VÖEN-i necə ləğv edə bilər? VergiXarici filmlərin yerli kinoteatrlarda nümayişindən əldə edilən gəlirlər hansı formada vergiyə cəlb olunur? VergiFiziki şəxs vergi ödəyicisi olmasını necə dəqiqləşdirə bilər? VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması