19 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özbəkistan Azərbaycan təcrübəsindən səmərəli model kimi istifadə edə bilər

“Azərbaycanın torpaqların suvarılması sahəsindəki təcrübəsi və fermerlərə maliyyə dəstəyi nümunə hesab oluna və bu təcrübə aqrar-sənaye kompleksinin inkişafı üçün səmərəli model kimi istifadə edilə bilər”. Bu barədə Özbəkistanın kənd təsərrüfatı naziri İbrohim Abduraxmonov “Özbəkistan 24” telekanalına bildirib.

Nazir vurğulayıb ki, son illər Azərbaycan ilə əlaqələr, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq xeyli genişlənib. Özbəkistan kənd təsərrüfatı sahəsində Azərbaycan təcrübəsinə bənzər sığorta mexanizmini qanunvericilik səviyyəsində təsdiq etməyi planlaşdırır.

Bundan əlavə, Özbəkistan ölkədə fındıq plantasiyaları yaratmağı nəzərdə tutur. Bu məqsədlə Azərbaycandan tinglərin sınaq partiyası gətirilib.

Kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün digər prioritet sahə pambıqçılıqdır. Nazirin sözlərinə görə, Azərbaycan Özbəkistanın pambıq-toxuculuq sənayesinin klaster sisteminin təşkili təcrübəsinin öyrənilməsində son dərəcə maraqlıdır. Artıq bu layihələrdən birinin Azərbaycanda həyata keçirilməsinə başlanılıb. Əməkdaşlıq çərçivəsində Azərbaycanda xammalın yetişdirilməsindən tutmuş hazır məhsulların istehsalına qədər olan bütün mərhələləri özündə ehtiva edən tamhüquqlu iş metodologiyası qurulacaq.

"Özbəkistanla Azərbaycan arasında tərəfdaşlıq çox inkişaf edir", - deyə nazir fikrini yekunlaşdırıb.

VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər?