17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Tacikistan Azərbaycanla iqtisadi əməkdaşlığı perspektivli hesab edir

Tacikistan Azərbaycan şirkətlərinin neft yataqlarının işlənməsində və ölkənin neft emalı müəssisələri üçün neft tədarükündə iştirakında maraqlıdır.

Bu barədə Baku TV-yə Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon məlumat verib.

Səfir qeyd edib ki, iqtisadi əməkdaşlıq ölkələr arasında ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biridir. Əməkdaşlığın gələcək inkişafı üçün böyük potensiala malik bir sıra sahələr var.

İ.Abdurahmonun sözlərinə görə, perspektivli sahələrdən biri də kənd təsərrüfatıdır. Toxuculuq sənayesi, o cümlədən pambıqçılıq, xam pambıq və pambıq toxumlarının emalı, həmçinin pambıq yağının istehsalı və satışı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün yaxşı imkanlar mövcuddur.

Digər perspektivli sahə nəqliyyat və rabitə sahəsidir. Səfir vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Tacikistandan beynəlxalq bazarlara malların ixracı üçün yeni imkanlar yaradır.

O əlavə edib ki, Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafında iştiraka böyük əhəmiyyət verir və bu marşrutla avtomobil yükdaşımalarının həcminin artırılmasına sadiqdir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri