16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın xarici dövlət borcu 17 faiz azalıb

1 iyul 2024-cü il tarixi vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 5.361,3 milyon ABŞ dolları və ya 2024-cü il üzrə 121.342,5 milyon manat (71.377,9 milyon ABŞ dolları) məbləğində proqnozlaşdırılan ÜDM-in 7,5 faizini təşkil edib.

Maliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcu ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1.099,9 milyon ABŞ dolları və ya 17 faiz azalıb.

Bunun da əsas səbəbi imzalanmış kredit sazişləri çərçivəsində 2024-cü ilin ilk altı ayı ərzində xarici dövlət borcu üzrə vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobond) üzrə 900,0 milyon ABŞ dolları məbləğində ödənişlərin həyata keçirilməsi olub. 2024-cü ilin 1 iyul tarixinə xarici dövlət borcunun ÜDM-ə nisbəti ilin əvvəli ilə müqayisədə 1,4 faiz bəndi azalıb.

Ümumilikdə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25.686,1 milyon manat təşkil edib. Ümumi dövlət borcunun 9.114,2 milyon manatı (5.361,3 milyon ABŞ dolları) və ya 35,5 faizi xarici dövlət borcunun, 16.571,9 milyon manatı və ya 64,5 faizi daxili dövlət borcunun payına düşür.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?