16 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan Metrologiya İnstitutu faəliyyətini beynəlxalq standartlara uyğunlaşdırır

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu faəliyyətini beynəlxalq standartlara uyğunlaşdırılması üçün yeni sertifikatlar əldə edib.

İnstitutun məlumatına görə, AzMİ-yə AZS ISO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”, AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” və AZS ISO 14001:2021 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” üzrə uyğunluq sertifikatları təqdim olunub.

Sözügedən sertifikatlar Azərbaycan Standartlaşdırma İnstitutunun İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanı tərəfindən həyata keçirilən audit və təlimlər nəticəsində verilib.

Beynəlxalq standartlar ölçmə vasitələrinin yoxlanılması, kalibrlənməsi və sınaq işlərinin aparılması xidmətlərində tətbiq olunacaq.

VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır? VergiTəsisçisi eyni olan şirkətlərin bir-birinə borc verməsi necə tənzimlənir?