26 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mikayıl Cabbarov: “Azərbaycan və Özbəkistan arasında investisiya əməkdaşlığı sinergetik effekt verəcək”

“Azərbaycan və Özbəkistan arasında investisiya əməkdaşlığı sinergetik effekt verəcək”.

Bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Daşkənddə təşkil olunan Özbəkistan-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

Ticarət və iqtisadi əməkdaşlıqdan danışan nazir “Uzavtosanoat” şirkəti və onun tərəfdaşlarının Azərbaycandakı birgə fəaliyyətini qeyd edib. Nazir bildirib ki, layihə uğurla davam edir və onun qeyd olunmuş müddət və parametrlər daxilində tam şəkildə həyata keçirilməsi üçün bütün səylər göstəriləcəkdir.

Mikayıl Cabbarov Azərbaycan-Özbəkistan əməkdaşlığının genişləndiyini və artıq neft, neft-kimya və digər sənaye sahələri üzrə layihələri əhatə etdiyini diqqətə çatdırıb.

Nazir Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyətini də qeyd edib. O vurğulayıb ki, müzakirə olunan layihələr portfeli şirkətin fəaliyyət sahələrinin çoxistiqamətli xarakterini göstərir. Hər iki ölkənin hökumətləri şirkətin vəsaiti ayrıldıqca onun maliyyə resurslarını genişləndirməyə hazırdır.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?