10 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda PVC örtüklü həsirlərin istehsalına başlanılıb

Azərbaycanın “Almet Baku” ASC ölkədə ilk dəfə olaraq, PVC örtüklü həsirlərin istehsalına başlayıb.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına ASC-nin satış müdiri Eduard Nəsibov deyib.

Onun sözlərinə görə, yerli istehsal olmadığından indiyədək PVC örtüklü həsirlər Azərbaycana tam olaraq, xaricdən idxal edilib: “Artıq yerli istehsal olduğu üçün alıcılar məhsulları bizdən almağa başlayıblar. Paslanmayan, daha təhlükəsiz sayılan bu həsirlərin istehsalına yeni başlanılsa da, satış səviyyəsi çox yaxşıdır”.

E.Nəsibov əlavə edib ki, metal həsirlərin istehsalı ilə fəaliyyətə başlayan müəssisə hazırda metal profil, dəmir çubuq, yivli tel çubuq, hörülmüş çəpər həsir (PVC), PVC örtüklü məftil, armatur, ikitavr, sinklənmiş polad təbəqə, polad borular, şveller və polad təbəqələrin hazırlanması ilə məşğuldur. Müəssisənin əsas hədəflərindən biri məftillərin çeşidlərini və istehsal həcmini artırmaqdır.

İstehsal üçün xammal Rusiyadan və Türkiyədən alınır. Şirkət məhsulları ilə Özbəkistan, Qazaxıstan və Avropa bazarına çıxmağa hazırlaşır.

VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi?