11 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rosmel Rodrigez: “Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə mühüm öhdəlik nümayiş etdirir”

COP29-un Bakıda keçirilməsi Azərbaycana yaşıl keçid sahəsində liderlik nümayiş etdirməyə və bu sahədə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməyə imkan verəcək. Bunu portuqaliyalı iqtisadçı, Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutun (GSISD) təsisçi direktoru Rosmel Rodrigez “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına açıqlamasında deyib.

O vurğulayıb ki, Azərbaycan davamlı təcrübələrin öz milli inkişaf strategiyasına inteqrasiyasında proaktiv yanaşma ilə artıq iqlim dəyişikliyi ilə mübarizədə mühüm öhdəlik nümayiş etdirir.

Rodrigez xatırladıb ki, Azərbaycanın 2030-cu ilə qədər iqtisadi inkişaf prioritetlərinə iqtisadiyyatın şaxələndirilməsi, insan kapitalının və sosial rifahın yaxşılaşdırılması, daim diqqət mərkəzində saxlanılması daxildir.

“Bu səylər bərpa olunan enerji mənbələri üzrə iddialı layihələrdə, o cümlədən (regionun ən böyük) Qaradağ Günəş Elektrik Stansiyasının açılışında öz əksini tapıb. Bu kimi layihələr 2030-cu ilə qədər milli enerji kompleksində bərpa olunan enerjinin payını əhəmiyyətli dərəcədə artırmağı hədəfləyir”, - ekspert söyləyib.

İqtisadçının qeyd etdiyi kimi, beynəlxalq şirkətlərlə əməkdaşlıq və yaşıl enerji layihələrində iştirak Azərbaycanın qalıq yanacaqlardan asılılığını azaltmaq və Avropa birliyi ilə daha sıx inteqrasiya etmək niyyətini vurğulayır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi qlobal iqlim gündəmini irəli sürmək, enerji keçidində liderlik nümayiş etdirmək və iqlim dəyişikliyi ilə mübarizə üçün regional və qlobal əməkdaşlığı təşviq etmək üçün bir fürsətdir.

“Bu tədbir Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirməklə yanaşı, digər ölkələri də davamlı siyasətin qəbulunda ondan nümunə götürməyə ruhlandıracaq”, - deyə ekspert fikrini yekunlaşdırıb.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?