18 Fevral 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda qadın sahibkarlarla görüş

Naxçıvanda fəaliyyət göstərən qadın sahibkarlarla görüş keçirilib. Tədbirdə qadınların sahibkarlıq fəaliyyətinə təşviqinə dair fikir mübadiləsi aparılıb, biznesə başlamaq və inkişaf etdirmək üçün dövlət dəstəyi tədbirləri və layihələr barədə məlumat verilib.

Görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB dostu departamentinin Naxçıvan regional koordinatorluğunun təşkilatçılığı ilə baş tutub. 25-ə yaxın sahibkarlıq subyektinin iştirak etdiyi görüşdə KOBİA-nın, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin, nazirliyin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Vergi Xidmətinin, Dövlət Məşğulluq Agentliyinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının və müvəkkil kredit təşkilatlarının nümayəndələri iştirak ediblər.

Görüşdə qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqinə, bu sahədə dövlət dəstəyi tədbirlərinə və həyata keçirilən layihələrə, özəl qurumların təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb, qadın sahibkarların maliyyə resurslarına və satış bazarlarına çıxışı, sərgilərdə iştirakına dəstək mexanizmlərinə dair məlumat verilib.

Həmçinin, görüşdə qadın sahibkarlar uğur hekayələrini bölüşüb, onların təklifləri dinlənilib və sualları cavablandırılıb.

Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiVergi ödəyicisi eyni vaxtda bir neçə güzəştdən yararlana bilərmi? Vergiİstifadə olunmayan əsas vəsaitlərə görə əmlak vergisi hesablanmalıdırmı? VergiPOS-terminal quraşdırmaq üçün nə etmək lazımdır? VergiMüəssisə təsərrüfat xərclərinə görə ödənilən ƏDV-ni əvəzləşdirə bilərmi? VergiFərdi sahibkar fiziki şəxsdən götürdüyü mənzilin kirayə haqqından nə qədər vergi ödəməlidir? VergiElektron əmtəə-nəqliyyat qaiməsi kimlər üçün məcburidir? VergiRepetitorluq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinə güzəşt verilirmi? VergiKimlər 75%-lik vergi güzəştindən yararlana bilər? VergiVergi hesablanan əməkhaqqı məbləğinin 200 manat azaldılması nəyə əsaslanır?