15 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı”nın yaradılması ilə bağlı layihələr müzakirə edilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2354 nömrəli Fərmanının daha effektiv icrası ilə bağlı təkliflərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Əmlakın qeydiyyatı və icarəsi” işçi qrupunun üzvlərinin, Əmlak Məsələləri Dövlət Xidmətinin və Ədliyyə Nazirliyinin nümayəndələrinin iştirak etdiyi iclasda müvafiq Fərmanda əks olunan məsələlər və bu kontekstdə qarşıda duran qısamüddətli və uzunmüddətli strateji hədəflər müəyyən edilib.

Həmçinin, adıçəkilən Fərmanın icrası ilə bağlı müvafiq normativ hüquqi aktlara edilməsi nəzərdə tutulan zəruri dəyişikliklər diqqətə çatdırılıb və bu mövzuda fikir mübadiləsi aparılıb. İclasın nəticəsində həmin Fərmanın vaxtında, keyfiyyətlə və mahiyyəti üzrə tam icrasını təmin edəcək növbəti tədbirlər müəyyən olunub.

VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu?