21 Yanvar 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda ilk dəfə olaraq delinatorların istehsalına başlanılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-yə (STP Şirkətlər Qrupu) daxil olan STP Polimer Zavodunda Azərbaycanda ilk dəfə olaraq delinatorların istehsalına başlanılıb. İlkin mərhələdə sözügedən məhsul 75x8 sm, növbəti mərhələdə isə 45x8 sm ölçüdə istehsal oluncaq. Cari ilin sonunadək 10 min ədəd delinatorun istehsalı nəzərdə tutulur.

Agentlikdən verilən məlumata görə, investisiya həcmi 619 milyon ABŞ dolları olan STP Şirkətlər Qrupunda hazırda 2000 nəfərə yaxın insan daimi işlə təmin edilib. Şirkət tərəfindən 2017-ci ildən 2024-cü ilin I yarısı daxil olmaqla 972 milyon manatdan çox satış həyata keçirilib ki, bunun da 274 milyon manatlıq hissəsi ixracın payına düşür. İstehsal edilən məhsullar dünyanın 15-dən çox ölkəsinə (İngiltərə, Kanada, İsveç, Sinqapur, BƏƏ, İraq, Rumıniya, Türkiyə, Rusiya, Qazaxıstan, Tacikistan, Gürcüstan, Ukrayna və s.) ixrac edilib.

Qeyd edək ki, delinator idarəedici və dayanmış nəqliyyat vasitələrini piyadaların hərəkətindən ayırmaq, ikitərəfli yollarda zolaqları bölmək, orta zolaqlarda təhlükəsizliyi təmin etmək, piyadaları və sürücüləri xəbərdar etmək üçün istifadə olunan çevik, qırılmaz materialdır.

VergiYükdaşıma fəaliyyəti həyata keçirən vergi ödəyicisi e-qaimə verməlidirmi? VergiMülki müqavilə ilə işləyən şəxsə vergi güzəşti tətbiq olunurmu? VergiHansı toyuq əti məhsulu ƏDV-yə cəlb olunur? VergiAlış aktı ilə alınan mallara görə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiKriptovalyuta ticarətindən əldə edilən gəlir vergiyə cəlb olunurmu? VergiToyuq ətinin idxalı zamanı ödənilən ƏDV əvəzləşdirilirmi? VergiMMC kimi fəaliyyət göstərən idman klublarına köçürülən vəsait gəlirdən çıxılırmı? VergiUşaq bağçasına ödənilən yardım məbləği gəlirdən çıxılırmı? VergiSosial şəbəkələrdə reklamlara ödənilən vəsaitdən hansı qaydada vergi tutulur? VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir?