17 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun görüşü keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun sahibkarlıq subyektləri ilə görüşü keçirilib.

KOBİA-nın məlumatına görə, görüşdə qeyd olunub ki, İşçi Qrupun əsas məqsədi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq biznesin təşviqinə şərait yaradan bütün aspektlərin inkişaf etdirilməsi, maneələrin aradan qaldırılması, mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və onların əlçatanlığının təmin edilməsidir.

Görüşdə bildirilib ki, icra hərəkətlərinin həyata keçirilməsində nağdsız hesablaşmaların tətbiqi, borclunun elektron pul təşkilatlarında olan vəsaitlərinə tutmanın yönəldilməsi, icra sənədlərinin icrasından yayınan hüquqi şəxslərin rəhbərlərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması, habelə onların axtarışının təşkili ilə bağlı və digər layihələr hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Bununla yanaşı, icra sisteminin maksimum rəqəmsallaşdırılması, bir sıra icra hərəkətlərinin tam avtomatlaşdırılması və icra sənədlərinin icrasında operativliyin təmin edilməsi məqsədilə “Elektron icra” informasiya sisteminin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.

Ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlərin sayı artırılaraq “İcra məmuruna elektron müraciət” xidməti istifadəyə verilib. Eyni zamanda, “Vahid məhkəmə portalı”nın yeni versiyası istifadəyə verilib.

Görüşdə həmçinin mübahisələrin alternativ həlli mexanizimlərindən olan mediasiya sisteminin elektronlaşdırılması üzrə də işlərin yekunlaşma mərhələsində olduğu, e-mediasiya portalının hazırlandığı və onun çox az ölkə istisna olmaqla analoji modelinin mövcud olmadığı qeyd olunaraq, portalın yaxın vaxtlarda ictimaiyyətə təqdim olunacağı səsləndirilib.

Bundan başqa mübahisələrin alternativ həlli yollarından olan arbitraj institutunun ölkəmizdə inkişaf etdirilməsi yönündə islahatların aparıldığı, bu institutun elektronlaşması üzrə işlərə başlanıldığı da qeyd edilib.

Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupuna rəhbərliyi Ədliyyə Nazirliyi həyata keçirir.

Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri