17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Yaşıl iqtisadiyyat”a keçidə dəstək məqsədilə Memorandum imzalanıb

“Yaşıl dünya naminə həmrəylik ili” və bu il ölkəmizin ev sahibliyi edəcəyi COP29 tədbiri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Smartnation” İnsan İnkişafı Platforması birgə əməkdaşlıq edəcək.

Agentliyin məlumatına görə, bu məqsədlə KOBİA və platforma arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Smartnation” İnsan İnkişafı Platformasının təsisçisi Şəbnəm Məmmədova imzalayıblar.

Memorandumda “yaşıl iqtisadiyyat”, “yaşıl texnologiyalar”, “yaşıl sahibkarlıq”, maarifləndirmə və ətraf mühitin sağlamlaşdırılması tədbirləri çərçivəsində birgə əməkdaşlıq nəzərdə tutulur. Buraya “yaşıl KOB” konsepsiyasının inkişaf etdirilməsi, iqlim dəyişikliyinin maliyyələşdirilməsinin KOB-ların biznes modelinə inteqrasiyası və “yaşıl dəyər zənciri” üzrə birgə tədbirlərin təşkili, KOB-ların yaşıl keçidinin asanlaşdırılması istiqamətində layihələrin reallaşdırılması, “yaşıl fəaliyyət”ə dair təlimlərin təşkili daxildir. Həmçinin sənəddə iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması, karbon dioksid emissiyasının azaldılmasının təbliği və təşviqi, enerjinin bərpa olunan mənbələrdən alınması sahələrində yeni texnologiyaların tətbiqini nəzərdə tutan startap layihələri üzrə müsabiqələrin, “yaşıl iqtisadiyyat”a keçidin asanlaşdırılması üzrə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?