13 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

SİF "Sənaye və yaşıl layihələrə dəstək" müsabiqəsini elan edib"

Sahibkarlığın İnkişafı Fondu sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən, eləcə də yaşıl layihələr həyata keçirən sahibkarlara güzəştli kreditlərin verilməsinin stimullaşdırılması məqsədilə müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında yenidən "Sənaye və yaşıl layihələrə dəstək" adlı müsabiqə keçirir.

Fondun məlumatına görə, müsabiqədə yalnız Fondla əməkdaşlıq edən və 2024-cü il üzrə limiti olan müvəkkil kredit təşkilatlarının (banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqlarının) kredit mütəxəssisləri iştirak edə bilər.

Qaliblər müsabiqə üzrə bildirilən meyarlar üzrə hesablanan əmsallar nəzərə alınmaqla müəyyənləşdiriləcək. Müsabiqəyə müraciətlərin qəbulu 20 dekabr 2024-cü il tarixinədək davam edəcək.

Qeyd edək ki, ilk "Sənaye və yaşıl layihələrə dəstək" müsabiqəsi çərçivəsində Fondun müvəkkil kredit təşkilatlarının kredit mütəxəssisləri tərəfindən 136 layihəyə ümumilikdə 27 milyon manata yaxın güzəştli kredit ayrılıb.

VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi