30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xarici mənşəli sənədlərin məsafədən tərcüməsinin rəsmiləşdirilməsi üçün portal yaradılıb

Xarici mənşəli sənədlərin məsafədən tərcüməsinin rəsmiləşdirilməsi üçün portal yaradılıb və hazırda onun sınaqları aparılır.

Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına “Biznesə daxilolma” işçi qrupunun üzvü, Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Barxudarzadə deyib.

Onun sözlərinə görə, portal vasitəsilə fiziki və hüquqi şəxslər dünyanın istənilən nöqtəsindən elektron apostil verilmiş sənədlərin tərcüməsinin rəsmiləşdirilməsi üçün müraciət edə biləcək.

“Portalda qeydiyyatsız olaraq tərcümə təsdiqi xidmətindən yararlanmaq mümkün olacaq və hazır sənədlər müraciət etmiş şəxsin elektron poçt ünvanına göndərilməklə yanaşı biznes subyektlərinin qeydiyyatını aparan vergi orqanları üçün də “bulud” texnologiyasının tətbiqi nəticəsində əlçatan olacaq. Belə ki, sahibkarın elektron müraciəti zamanı təqdim edəcəyi sənədlərin həqiqiliyi məhz “Elektron notariat” informasiya sistemi vasitəsilə yoxlanılacaq ki, bu da elektron mühitdə sənədlərin mötəbər mənbələr əsasında dövriyyəsini təmin edəcək”, - L.Barxudarzadə qeyd edib.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?