11 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanda sığortalanan əkin sahələrinin həcmi artır

Bu ilin yanvar-iyun aylarında ölkədə 384 min hektar əkin sahəsi sığortalanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə sığortalanan əkin sahələri 58 min hektar və ya 18 faiz artıb.

Aqrar Sığorta Fondunun hesabatına əsasən, bu dövrdə ən çox sığortalanan kənd təsərrüfatı bitkiləri buğda, arpa, qarğıdalı, pambıq, eləcə də çəltik, şəkər çuğunduru, fındıq və nar bağları olub.

Sığortalı sahələrdə artım bütün bitkilər üzrə qeydə alınıb. Belə ki, sığortalanan pambıq sahələri 2,3 dəfə, çəltik əkinləri 2,2 dəfə, nar bağları 4,5 dəfə, arpa sahələri təqribən 2 dəfə, buğda sahələri 1,3 dəfə artıb.

2024-cü ilin yanvar-iyun aylarında 11 milyon 183 min manat aqrar sığorta haqları toplanıb. Bu vəsaitdən 10 milyon 189 min manatı bitkiçilik sığortası üzrə ödənilib və əkin sahələrinə ümumilikdə 418 milyon manat sığorta təminatı verilib.

Ümumilikdə sığortalanan təsərrüfatlar üzrə verilmiş sığorta təminatının həcmi 430 milyon manata yaxın olub.

VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu? VergiPay torpağına görə nə qədər sosial ödəniş edilməlidir? Vergiİlin sonunda alınan əsas vəsaitə amortizasiya xərci hesablamaq olarmı? VergiKriptovalyuta alğı-satqısı ilə məşğul olan fiziki şəxsin vergi öhdəliyi Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu?