17 Mart 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyat Nazirliyinin əməkdaşları “Yüksəliş” müsabiqəsində uğur qazanıblar

İnsan kapitalının inkişafı, ölkədə intellektual və idarəçilik keyfiyyətləri yüksək kadr ehtiyatı bankının yaradılması məqsədilə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş “Yüksəliş” müsabiqəsinin final mərhələsində İqtisadiyyat Nazirliyinin üç əməkdaşı - Nicat Qocayev, İsmayıl Hüseynov və Əkbər Əsgərov uğur qazanıb.

Qeyd edək ki, Nicat Qocayev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İsmayıl Hüseynov İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu, Əkbər Əsgərov isə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin əməkdaşıdır. İsmayıl Hüseynov və Əkbər Əsgərov həmçinin, İqtisadiyyat Nazirliyində əməkdaşların potensialından səmərəli istifadə, yeni nəsil idarəçilərin hazırlanması, onların hərtərəfli inkişafının təmin edilməsi, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə təşkil edilən “Uğur yolu” karyera inkişafı proqramının da qalibləridir.

Əməkdaşlarımızı və “Yüksəliş” müsabiqəsinin digər qaliblərini təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirik.

VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır? VergiVergi orqanının sahibkarlıq subyektində yoxlama müddəti necə müəyyən edilir? VergiAzyaşlı uşağı olan valideynə vergi güzəşti şamil olunurmu? VergiHansı halda mikro sahibkar 75%-lik vergi güzəştindən yararlana bilməz? Vergiİxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu? Vergiİşçinin vəfatı ilə əlaqədar onun vərəsələrinə ödənilən müavinətdən vergi və sosial ödənişlər tutulurmu?