7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“AzerGold” QSC Şərqi Zəngəzurda daha bir təzahür sahəsində axtarış-qiymətləndirmə işlərinə başlayıb

“AzerGold” QSC Şərqi Zəngəzurda daha bir təzahür sahəsində axtarış-qiymətləndirmə işlərinə başlayıb

“AzerGold” QSC Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən “Şorbulaq” filiz təzahürləri sahəsində axtarış-qiymətləndirmə işlərinə başlayıb.

QSC-dən verilən məlumata görə, məqsəd mövcud təzahürlərin ilkin ehtiyatlarının qiymətləndirilməsidir.

Səhmdar Cəmiyyətin axtarış-kəşfiyyat proqramına əsasən, burada ilkin mərhələdə kameral qiymətləndirmə və məsafədən tədqiqat işləri aparılıb. Perspektivli zonaların qısa vaxtda müəyyənləşdirilməsi, yüksək vəsait tələb edən buruqqazma işlərinə qənaət edilməsi məqsədilə tədqiqatlarda qeyri-invaziv axtarış metodlarından olan hiperspektral peyk çəkilişlərindən istifadə edilir. Paralel olaraq arxiv geoloji materialların toplanması, sistemləşdirilməsi, rəqəmsallaşdırılması işləri də icra olunub. Cari il ərzində davam edəcək genişmiqyaslı axtarış-qiymətləndirmə işlərinin nəticəsinə uyğun olaraq növbəti tədqiqat mərhələsinə keçid, sahədə buruqqazma işləri ilə bağlı müvafiq qərarlar qəbul ediləcək.

Qeyd edək ki, “Şorbulaq” təzahür sahəsi Kəlbəcər rayonunda, Tərtərçayın sol qolu olan Levçay çayının hövzəsində yerləşir. Təzahür sahəsində qızıl, xrom və civə metallarının olduğu proqnozlaşdırılır. Təzahür sahəsi 1958-ci ildə kəşf edilib.

“AzerGold” QSC tərəfindən geoloji tədqiqatlar hazırda bir neçə istiqamət üzrə aparılır. QSC-nin idarəetməsinə verilən filiz sahələri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2023-cü il tarixli Sərəncamına uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə ölkə ərazisində ümumi geoloji axtarış işlərinin icrası davam etdirilir. Həmçinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq QSC tərəfindən mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı, qiymətləndirilməsi kimi vacib tapşırıqlar icra edilməkdədir.

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?