14 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dünya Bankı Azərbaycanda məşğulluğun dəstəklənməsi layihəsinə əlavə maliyyə ayırıb

Dünya Bankının İcraçı Direktorlar Şurası hazırda icra olunan Azərbaycanda Məşğulluğa Dəstək Layihəsini (AMDL) genişləndirmək üçün 150 milyon ABŞ dolları məbləğində əlavə maliyyələşdirməni təsdiqləyib.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Dünya Bankına istinadən xəbər verir ki, layihənin məqsədi əhalinin ən həssas qrupları üçün özünüməşğulluq imkanlarını təşviq etməkdir.

Qeyd olunur ki, son üç il ərzində 5 mindən çoxu qadın olmaqla 15 min benefisiar öz bizneslərinə başlamaq üçün aktivlərlə təmin edilib. Benefisiarların qiymətləndirilməsinə əsasən, AMDL iştirakçılarının 70 faizdən çoxu layihə tərəfindən təmin edilən aktivləri aldıqdan sonra azı 24 aydır bizneslərini davam etdirir.

Təsdiqlənən maliyyələşdirmə mövcud məşğulluq proqramlarını və xidmətlərini genişləndirməklə yanaşı, AMDL çərçivəsində biznesin davamlılığına töhfə verəcək.

VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir? VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər?