24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rusiya şirkətləri Azərbaycanın sənaye zonalarına dəvət edilib

Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının, Ticarət və Sənaye Palatasının, həmçinin logistika və ticarət sahəsində fəaliyyət göstərən şirkətlərin əməkdaşlarından ibarət nümayəndə heyətinin Sumqayıt Kimya Sənaye Parkına tanışlıq səfəri təşkil edilib.

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, qonaqlara İZİA-nın idarəçiliyində olan sənaye zonaları, burada sahibkarlar üçün yaradılan əlverişli biznes imkanları, tətbiq edilən vergi və gömrük güzəştləri, həmçinin Rusiyalı iş adamları tərəfindən sənaye zonalarında həyata keçirilən investisiya layihələri barədə məlumat verilib, Agentliyin təqdimatı göstərilib.

Görüş çərçivəsində Rusiya şirkətlərinin nümayəndələri sənaye zonalarında yaradılan əlverişli biznes imkanlarından yararlanmağa dəvət edilib. Nümayəndə heyəti Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə, rezidentlər tərəfindən yaradılan texniki avadanlıqlar zavodunun və vərəqə şüşə istehsalı müəssisəsinin fəaliyyətləri ilə tanış olublar.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?