16 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İƏİT KOB evi modelini qabaqcıl innovativ təcrübə kimi təqdim edib

İƏİT KOB evi modelini qabaqcıl innovativ təcrübə kimi təqdim edib

Azərbaycanın KOB evi modeli beynəlxalq səviyyədə uğur əldə edib. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə ekspertlər tərəfindən KOB evləri qabaqcıl innovativ təcrübələrdən biri kimi qiymətləndirilib və Azərbaycanın nümunəvi modeli kimi qurumun saytında paylaşılıb (https://oecd-opsi.org/).

Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin saytında 2003-cü ildən ideyaların və yeniliklərin paylaşıldığı bölmə fəaliyyət göstərir. Burada dünyanın 90-a yaxın ölkəsində mövcud olan innovasiyalar barədə məlumatlar qeyd olunur ki, onların arasında Kiçik və Orta Biznesi İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB evləri də yer alır.

Saytda dərc olunmuş məlumatda KOB evləri biznesin planlaşdırılması, biznesə başlanması, biznesin idarə edilməsi və inkişafı üzrə KOB-lara xidmətlər təqdim edən bir pəncərə mərkəzi kimi təqdim edilir. KOB sektorunun inkişafına töhfə vermək üçün dövlət və özəl qurumların imkanlarının bir platformada birləşdirilməsi və əlaqələndirilməsi unikal təşəbbüs kimi qiymətləndirilir.

Qeyd edək ki, İƏİT-in 2011-ci ildə yaradılmış Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi dövlət sektorunda qabaqcıl innovasiyaların tətbiqinə və təbliğinə dəstək verən qlobal forumdur. Mərkəz dövlətlərə dəstək məqsədilə qabaqcıl innovativ təcrübələr, yeni ideyalar, biliklər, alətlər və əlaqə vasitələrini paylaşan platforma rolunu oynayır.

VergiFiziki şəxs vergi borcunun olub-olmamasını necə öyrənə bilər? VergiŞəxsi istifadə üçün silinən mallara görə vergi öhdəlikləri necə hesablanır? Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır?