30 Aprel 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Stavropol sahibkarlarının Azərbaycana biznes-missiyası təşkil olunub

Ötən həftə Rusiya Federasiyasının Stavropol diyarından olan sahibkarların iştirakı ilə Azərbaycana iki günlük biznes-missiya təşkil olunub.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalı Stavropolun yerli mətbuatına istinadən xəbər verir ki, nümayəndə heyətinə tikinti qəlibləri, qənnadı məmulatları və kənd təsərrüfatı avadanlıqları tədarükçüləri daxil olub.

Tədbirin konsepsiyası Azərbaycanın tikinti, kənd təsərrüfatı və istehsal şirkətləri ilə daha ətraflı tanışlığın təşkili, həmçinin işgüzar əlaqələrin qurulması və məhsuldar əməkdaşlıq üçün yeni tərəfdaşların axtarışını əhatə edib.

Hazırda Stavropol şirkətlərinin məhsullarının Azərbaycana ixracı məsələləri üzrə gələcək əməkdaşlığa dair sazişlər hazırlanır.

VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu? Vergiİşğaldan azad edilmiş ərazilərdə fəaliyyətdən əldə olunan gəlirlərə vergi güzəştinin tətbiqi VergiRepetitor fəaliyyəti göstərən şəxs vergi uçotuna alınmazsa, nə qədər cərimə olunacaq? VergiKuryer işləyən fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiEv alarkən ƏDV-nin bir hissəsini necə geri almaq olar? VergiQeydiyyatda olduğu evi satan vətəndaş vergi ödəməlidirmi? VergiVətəndaşdan icarəyə götürülən yük maşınına görə ödənilən məbləğdən vergi necə hesablanır?