24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gəncə və Göygöl şəhərlərində dövlət dəstəyi ilə 15 qonaq evi yaradılıb

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Dövlət Turizm Agentliyi tərəfindən birgə həyata keçirilən "Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı - 2023" layihəsi uğurla başa çatıb. Layihənin məqsədi kəndlərdə sahibkarlığın və turizmin inkişafını dəstəkləmək, məşğulluq imkanlarını artırmaq və regionların iqtisadi inkişafına töhfə verməkdir.

Layihə çərçivəsində Gəncə və Göygöl şəhərlərindən seçilən şəxslər turizm sahəsində sahibkarlıq fəaliyyətinə başlamaq üçün KOBİA və Dövlət Turizm Agentliyi tərəfindən biznes planın hazırlanması, mühasibatlıq, qonaq evlərinin idarə edilməsi, “Booking.com” və “Airbnb.com” platformalarından qonaq qəbulu üzrə təlimlərə cəlb ediliblər.

Təlimləri uğurla tamamlayan 15 layihə iştirakçısı Dövlət Məşğulluq Agentliyi tərəfindən “Aqroturizm” istiqaməti üzrə kənd qonaq evlərinin yaradılması üçün zəruri avadanlıqlarla təmin olunublar.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?