19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Göyçay süd” ASC Laçın və ya Kəlbəcərdə zavod açmaq istəyir

“Göyçay süd” Açıq Səhmdar Cəmiyyəti (ASC) işğaldan azad edilmiş ərazilərdə dövlətin dəstəyi ilə yeni süd məhsulları istehsalı müəssisəsi açmağı planlaşdırır. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Soltan Mustafalı deyib.

Onun sözlərinə görə, 70-80 yeni iş yerinin yaradılacağı müəssisə Laçın və ya Kəlbəcərdə açıla bilər: “Hazırda Azərbaycanda süd çatışmazlığı var. İşğaldan azad edilmiş ərazilərdə 4-5 böyük ferma tikiləcək. Hesab edirəm ki, yeni layihələrin reallaşması bizim üçün çox sərfəli olacaq”.

S.Mustafalı bildirib ki, yeni zavodun açılması üçün ilkin olaraq 5-8 milyon manat sərmayə tələb olunur: “Vəsaitin məbləği tam bilinmir, çünki zavodun hansı bölgədə olacağını, hansı məhsulu istehsal edəcəyimizi dəqiq müəyyən etməliyik. Bu müəssisəni açarkən süd və pendirin istehsalı ilə bağlı da yenilik etmək istəyirik. Azərbaycanda ərimiş pendir istehsal edilmir, bunu ilk olaraq biz reallaşdırmaq istəyirik. Bundan əlavə, türkiyəli ortaqlarımızla birlikdə dondurma müəssisəsi açmaq niyyətimiz var”.

S.Mustafalı əlavə edib ki, bazara süd məhsullarından başqa meyvə şirələri də çıxaran “Göyçay süd” bu ilin sonuna kimi istehsalının həcmini 20 faiz artırmağı planlaşdırır. Bu hədəfə çatmaq üçün Sahibkarlığın İnkişafı Fondundan 2 milyon manat kredit almaq nəzərdə tutulur.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?