19 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Naxçıvanda hərrac yolu ilə 10 torpaq sahəsi mülkiyyət və icarəyə verilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən muxtar respublikanın 7 bələdiyyəsinə məxsus 8 torpaq sahəsinin mülkiyyətə, 2 torpaq sahəsinin isə icarəyə verilməsi ilə bağlı hərrac keçirilib.

Dövlət Xidmətinin məlumatına görə, hərracda qeydiyyatdan keçən 20 sifarişçi iştirak edib, 10 sahibkar hərracın qalibi olub.

Sahibkarlıq fəaliyyəti üçün hərraca çıxarılan torpaq sahələrinin ilkin satış və icarə qiymətləri müvafiq ərazilər üzrə torpaq sahələrinin bazar qiyməti nəzərə alınmaqla müəyyənləşdirilib.

Xatırladaq ki, Mərkəz tərəfindən 9 iyulda dövlət mülkiyyətində olan 11 avtonəqliyyat vasitəsinin, 11 iyulda 12 qeyri-yaşayış sahəsinin satışı, 12 iyulda bələdiyyə mülkiyyətində olan 1 torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı hərraclar baş tutub. 18 iyulda keçirilməsi nəzərdə tutulan hərracda isə muxtar respublikanın 6 yaşayış məntəqəsi üzrə dövlət mülkiyyətində olan 13 qeyri-yaşayış sahəsi satışa çıxarılacaq.

VergiVəfat edən döyüşçülərin övladlarına hansı halda vergi güzəşti verilir? VergiMüharibə veteranlarına hansı vergi güzəşti tətbiq olunur? Vergiİşçilərin yemək xərcləri vergiyə və sığorta haqlarına cəlb olunurmu? VergiBazarlarla bağlı tələblər “Mall”lara da şamil edilirmi? VergiTərcüməçilərə hansı vergi güzəşti tətbiq olunur? VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü?