24 İyun 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan şirkəti Çində domofon və şlaqbaum istehsalına başlayıb

Azərbaycanın “AEM Elektron” MMC şirkəti Çində “Voltam” brendi altında domofon və şlaqbaum istehsalına başlayıb. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına şirkətin korporativ satış meneceri Azər Rzayev deyib.

Onun sözlərinə görə, şirkət Çində “Voltam” brendi altında domofon və şlaqbaumla yanaşı, şəbəkə kabelləri, konnektorlar, elektrik yuvaları, müşahidə kameraları da istehsal edir. Bu məhsulllar Çindəki partnyor şirkətlərin zavodlarında hazırlanır və yalnız Azərbaycan bazarına çıxarılır. Gələcəkdə həmin məhsulların istehsalının Azərbaycanda təşkili nəzərdə tutulur: “Domofonlar yeni məhsulumuzdur. Bu məhsullar Azərbaycan bazarına, hələ ki, 500-1000 ədəd, test məqsədilə çıxarılıb. Domofonların, eləcə də “Voltam” brendi altında istehsal etdiyimiz digər məhsulların istehsalını genişləndirəcəyik”.

Qeyd edək ki, ”AEM Elektron” MMC dünyanın aparıcı şirkətlərinin istehsalı olan videonəzarət və təhlükəsizlik sistemlərinin, şəbəkə avadanlıqlarının, kompüter aksesuarlarının və digər İT məhsulların topdan və pərakəndə satışı üzrə ixtisaslaşmış geniş profilli distribüter şirkətidir. 2008-ci ildə təsis edilən şirkət hazırda həm də istehsalla məşğul olur.

VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi? VergiBalıqyetişdirmə müəssisəsinə hansı vergi güzəştləri verilir? VergiUzunmüddətli debitor borclar gəlirdən çıxılan xərclərə aid edilirmi? VergiRəqəmsal və İT xidmətləri ƏDV-yə cəlb olunurmu? VergiHansı halda 3 işçisi olan fərdi sahibkara vergi güzəşti tətbiq olunur? Vergiİki faizlik məhdudiyyət alış aktı və NKA çeki üzrə xərclərə ayrı-ayrılıqda, yoxsa birlikdə tətbiq olunur? VergiHəyat yoldaşı pensiyaçı olan əmlak sahibinə vergi güzəşti verilirmi? VergiƏvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş fiziki şəxs kuryer işləyərsə, hansı vergini ödəməlidir? VergiHüquqi şəxsin ləğv edilməsi prosesi necə həyata keçirilir?